İQTİSADİYYAT

“Şərqi Azəri” platformasından 645 milyon bareldən çox neft hasil edilib

Müəllif: 0

“Şərqi Azəri” platforması 2006-cı ildən indiyədək 645 milyon bareldən (87 milyon ton) artıq neft hasil edib və bu, “Azəri-Çıraq-Günəşli” yatağının ümumi 4,7 milyard barel neft hasilatına əhəmiyyətli töhfədir. Platforma h

“Şərqi Azəri” platformasından 645 milyon bareldən çox neft hasil edilib

“Şərqi Azəri” platforması 2006-cı ildən indiyədək 645 milyon bareldən (87 milyon ton) artıq neft hasil edib və bu, “Azəri-Çıraq-Günəşli” yatağının ümumi 4,7 milyard barel neft hasilatına əhəmiyyətli töhfədir. Platforma hasilat, qazma və yaşayış funksiyalarını özündə birləşdirir, hazırda gündəlik orta hasilatı təxminən 46 min barel təşkil edir və 170-dən çox mütəxəssis çalışır. Yatağın neftverməsini artırmaq üçün innovativ texnologiyalar tətbiq edilir, son olaraq D18Z quyusunda 2 min metrdən çox açıq lülə hissəsi qazılaraq lay təması maksimuma çatdırılıb.