MUXBIR.AZ HAQQINDA

Haqqımızda

Muxbir.az Azərbaycanda və dünyada baş verən hadisələr barədə operativ informasiya təqdim edən onlayn xəbər platformasıdır.

Platformanın əsas xüsusiyyətlərindən biri xəbərlərin hazırlanması, emalı, təsnifatı və təqdim edilməsində süni intellekt texnologiyalarından istifadə edilməsidir.

Muxbir.az-ın məqsədi müxtəlif etibarlı və açıq informasiya mənbələrindən əldə edilən məlumatları müasir texnologiyaların köməyi ilə emal edərək oxuculara operativ, anlaşıqlı və əlçatan formada təqdim etməkdir.

Süni intellektdən istifadə

Muxbir.az redaksiya proseslərinin müəyyən hissələrində süni intellekt və avtomatlaşdırılmış proqram təminatından istifadə edir.

  • məlumatların aşkarlanması və emalı
  • xəbərlərin ilkin hazırlanması
  • başlıq və xülasələrin yaradılması
  • materialların kateqoriyalara ayrılması
  • oxşar məlumatların müqayisəsi
  • redaksiya proseslərinin avtomatlaşdırılması

Süni intellektdən istifadə media subyektinin və məsul redaktorun yayımlanan materiallarla bağlı məsuliyyətini aradan qaldırmır.

Muxbir.az yanlış və ya qeyri-dəqiq məlumat müəyyən edildikdə materialı düzəltmək, yeniləmək və zəruri hallarda yayımından çıxarmaq hüququnu özündə saxlayır.

Mənbələr

Muxbir.az dövlət qurumlarının rəsmi açıqlamalarından, informasiya agentliklərindən, yerli və xarici media resurslarından, şirkət və təşkilatların rəsmi məlumatlarından və digər açıq informasiya mənbələrindən istifadə edə bilər.

Başqa mənbələrə məxsus məlumatlardan istifadə zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri və müvafiq istinad qaydaları nəzərə alınır.

Yaradıcı

Zaur Tahirsoy

Media subyekti
Müxbir.az
Məsul redaktor
Zaur Tahirsoy