CƏMİYYƏT
Sahib Məmmədov: Aleksandr Düma Xurşidbanu Natəvanın analitik zəkasına heyran qalıb
Müəllif: Muxbir.az redaksiyası0
Şair Sahib Məmmədov Xurşidbanu Natəvanın Azərbaycan mədəniyyətindəki rolunu yüksək qiymətləndirərək, onun yalnız görkəmli şairə deyil, həm də Qarabağın intellektual mərkəzinin yaradıcısı olduğunu vurğulayıb. Məclisi-Üns

Şair Sahib Məmmədov Xurşidbanu Natəvanın Azərbaycan mədəniyyətindəki rolunu yüksək qiymətləndirərək, onun yalnız görkəmli şairə deyil, həm də Qarabağın intellektual mərkəzinin yaradıcısı olduğunu vurğulayıb. Məclisi-Üns ədəbi məclisinin regionun mədəni həyatında önəmli rol oynadığını bildirən Məmmədov, 2022-ci ildə Şuşadakı Natəvanın evində keçirilən poeziya günlərinin ona canlı tarixlə birbaşa təmas imkanı yaratdığını qeyd edib. O, mədəniyyətin nəsilləri birləşdirən güc olduğuna diqqət çəkib.