CƏMİYYƏT
Sabunçuda hovuzda ayağı su nasosuna sıxılan uşağın həyatı xilas edilə bilmədi
Müəllif: Muxbir.az redaksiyası0
Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 'Sea breeze' istirahət mərkəzində hovuzda ayağı su nasosuna sıxılan 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazi

Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 'Sea breeze' istirahət mərkəzində hovuzda ayağı su nasosuna sıxılan 2022-ci il təvəllüdlü uşağın həyatını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunaraq reanimatoloji müdaxilələr həyata keçiriblər. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.