MƏDƏNİYYƏT
“IV Divar” serialı sentyabrın 7-dən AzTV-də yayımlanacaq
Müəllif: Muxbir.az redaksiyası2
Sentyabrın 7-dən başlayaraq AzTV-də yayımlanacaq “IV Divar” serialı, 30 il əvvəl baş vermiş faciəli qətliamın insan talelərində yaratdığı dərin izləri və keçmişdə gizlənmiş həqiqətlərin üzə çıxmasını əks etdirir. Hekayə,

Sentyabrın 7-dən başlayaraq AzTV-də yayımlanacaq “IV Divar” serialı, 30 il əvvəl baş vermiş faciəli qətliamın insan talelərində yaratdığı dərin izləri və keçmişdə gizlənmiş həqiqətlərin üzə çıxmasını əks etdirir. Hekayə, uşaqlıqda bir-birinə bağlı iki insanın illər sonra yenidən qarşılaşması və bu görüşün gizli qalan sirləri ortaya çıxarması üzərində qurulub. Serial, dörd əsas qəhrəmanın fərqli həyat yollarını və onların bir araya gətirən ortaq həqiqəti təsvir edir.