REGİON

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb edilib

Müəllif: 2

Cəlilabad, Goranboy, Oğuz və İsmayıllı rayonlarında baş verən yanğın hadisələrinin səbəbkarları müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunublar. Yanğınlar nəticəsində təxminən 9 hektar biçilmiş əkin sahəsi və kol-kos

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb edilib

Cəlilabad, Goranboy, Oğuz və İsmayıllı rayonlarında baş verən yanğın hadisələrinin səbəbkarları müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunublar. Yanğınlar nəticəsində təxminən 9 hektar biçilmiş əkin sahəsi və kol-kos yanaraq zərər görüb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan araşdırmalar sayəsində hadisələrdə adı keçən şəxslər F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tutulub.