Bu il 160-dan artıq müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il özünüməşğulluq proqramı çərçivəsində 160-dan çox müharibə veteranını mal və materiallarla təmin edərək onların kiçik ailə biznes

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il özünüməşğulluq proqramı çərçivəsində 160-dan çox müharibə veteranını mal və materiallarla təmin edərək onların kiçik ailə biznesləri qurmasına dəstək olub. Proqram çərçivəsində iştirakçılara əvvəlcə biznes təlimləri keçirilir, təlimləri tamamlayanlara isə seçdikləri sahələr üzrə aktivlər təqdim edilir. Bu təşəbbüs veteranların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və onların müstəqil məşğulluğunun təmin olunması baxımından önəmlidir.