Azərbaycanda kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq
xəbər verir ki, bu, Prezident İlham Əliyevin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb. Qanuna əsasən, ictimai əhəmiyyətli funksiy

xəbər verir ki, bu, Prezident İlham Əliyevin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb. Qanuna əsasən, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyət həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanının (qurumunun) müvafiq strukturu və ya həmin orqan (qurum) tərəfindən müqavilə əsasında müəyyən edilən rezident hüquqi şəxs olan CERT-lər vasitəsilə təmin ediləcək. Fərmana əsasən, Nazirlər Kabineti həmin dövlət orqanlarının (qurumlarının) təklifləri əsasında həmin orqanlar (qurumlar) tərəfindən kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin təşkilinin və ya müəyyən edilməsinin maliyyələşdirilməsi ilə bağlı tədbirlər görməlidir.