KİNO
“Onun gözləri gülürdü” serialının ikinci sezonu tezliklə yayımlanacaq
Müəllif: Muxbir.az redaksiyası0
Sevilən “Onun gözləri gülürdü” serialının ikinci sezonunun çəkilişləri başa çatmaq üzrədir və yeni mövsüm 12 seriyadan ibarət olacaq.

“Onun gözləri gülürdü” serialının ilk sezonu 8 seriyadan ibarət olaraq izləyicilər tərəfindən böyük maraqla qarşılanmışdı. Bu uğur nəticəsində layihənin ikinci sezonunun çəkilişlərinə qərar verildi və hazırda ikinci sezonun çəkilişləri tamamlanmaq üzrədir. Yeni mövsüm Mədəniyyət TV kanalında yayımlanacaq və 12 seriyadan ibarət olacaq. İzləyicilər yaxın zamanda sevdikləri serialın yeni hissələri ilə görüşmək imkanı əldə edəcəklər. Hələlik serialın dəqiq yayımlanma tarixi açıqlanmayıb, lakin yaxın gələcəkdə ekranlarda olacaq.