SİYASƏT1 saat əvvəl0
Pezeşkian: Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib
İran Prezidenti Məsud Pezeşkian müharibə zamanı Azərbaycan vasitəsilə İrana yardım göstərildiyini və regional diplomatiyanın mürəkkəbləşdiyini açıqlayıb.

İran Prezidenti Məsud Pezeşkian son müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərildiyini açıqlayıb. Tehran bürosunun məlumatına əsasən, Pezeşkian jurnalistlər qarşısında çıxışında müharibə zamanı baş verən hadisələrdən və İranın qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarına endirdiyi zərbələrdən bəhs edib. O, həmçinin vurğulayıb ki, müharibə dövründə atılan addımlar regional diplomatik münasibətlərin mürəkkəbləşməsinə səbəb olub.