TEXNOLOGİYA
MDU və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
Müəllif: Azertac3
Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əldə olunmuş razılaşmaya əsasən, mühəndislik ixtisasları üzrə birgə kadr hazırlığı proqramına tələbə qəbulu elan olunur. MDU-dan AZ

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əldə olunmuş razılaşmaya əsasən, mühəndislik ixtisasları üzrə birgə kadr hazırlığı proqramına tələbə qəbulu elan olunur. MDU-dan AZƏRTAC -ın bölgə müxbirinə verilən məlumata görə, tərəfdaşlıq çərçivəsində regional sənayenin və əmək bazarının müasir tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kadrların hazırlanması nəzərdə tutulur. Birgə tədris proqramı I ixtisas qrupu üzrə iki ixtisası əhatə edir.