AXMAQLIQ NƏ VAXTDAN VƏTƏNPƏRVƏRLİK OLUB?!

Paylaş

Şəxsiyyətinə dəyər verənlərin tez-tez qarşılaşdığı bir məqama toxunmaq istəyirəm. Səviyyəsiz biri əlindən gələni edər ki, qarşısındakı insanı öz “səviyyəsinə” salsın. Buna nail ola bilmədikdə həddindən çox sinirlənər və bir növ məğlub olar.

Ermənilərin səviyyəsinə düşməmək lazımdır. Bunun adı humanizm deyil. Bu sadəcə özünə, tarixinə, mədəniyyətinə hörmət etmək deməkdir. Biz yiyəsiz, özbaşına, dövlətsiz, mədəniyyətsiz, bir sözlə erməni deyilik ki, sivil insanlara hücum edək!

Bu halı alqışlayanları, buna təşviq edənləri də şiddətlə qınayıram! Axmaqlıq nə vaxtdan vətənpərvərlik olub?! Hadisələrə emosional deyil rasional yanaşmalıyıq.

Unutmayın ki, bu xaotik vəziyyəti düşmən leyhinə çevirə bilər. Misal, azərbaycanlı adı ilə beş-altı erməni qadınına və ya uşağına zor tətbiq edib dünyaya tirajlaya bilər.

Odur ki, soyuqqanlı olmaq lazımdır! Dövlətimiz və dövlət böyüklərimiz var! Özbaşına addım atmaq lazım deyil! Axmaqlıq vətənpərvərlik deyil!

Zaur Tahirsoy Sosial psixoloq, kinorejissor


Paylaş
Close