NƏRMİNİN QATİLİNİ HƏR KƏS YAXŞI TANIYIR

Paylaş

Sosial psixoloq, kinorejissor Zaur Tahirsoy Nərminin qətlilə bağlı önəmli məqama toxunub. O yazısında bunları qeyd edib;

Dinlənilən musiqi, izlənilən film insanın arzu və istəklərinə, bilavasitə davranışlarına təsir edir.

Musiqi sənətindən heç bir nəsibi olmayan ifalar, uşaq psixoloqu, sosioloqun rəyi olmadan çəkilən filmlər sosial mediada trendi “bəzəyir”. Həmin materiallar izləyicidə patoloji arzular yaradır. Nəticədə, zövqü xəstələnmiş insanlar zombi kimi davranmağa başlayırlar.

“Nərmin üçün susma” statusu paylaşmaqla iş bitmir. Çünki bir neçə ay əvvəl “Elina üçün susma” deyirdik. Belə getsə sadəcə adlar dətişəcək. İnsanların zövqünü müalicə etmək lazımdır.

Problemin köklü həlli üçün bayağı musiqi, vayn və filmləri şikayət edib sosial mediadan sildirmək lazımdır. Müqabilində zövq oxşayan musiqi və filmləri daha çox paylaşmalıyıq. Sosial medianı yaradanlar bu hüququ bizə verib. Bundan səmərəli istifadə etməliyik. Çünki hər birimiz bu cəmiyyətin bir parçasıyıq. Patoloji “zövqə” malik fərdlər bütün cəmiyyətə zərər verirlər.

Televiziyanın  bayağı proqramları və ora dəvət edilən insanların da bu problemin şiddətlənməsinə böyük təsiri vardır.

Adım kimi əminəm ki, qatilin sevərək dinlədiyi musiqilər “xana-cana” kimilər, qəhqəhlə gülümsəyərək izlədiyi filmlər isə bayağı komediyalar, vaynlar və tiktok-çulardır.

Gələcəyimizi qorumaq istəyiriksə zövqümüzü qorumalıyıq!


Paylaş
Close