YENİ OMBUDSMAN KİMDİR?

Paylaş

Yeni ombudsman…

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Bundan əvvəl S.Əliyeva Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub.

O, 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övlad anasıdır.
Yeniçağ.az


Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close