MƏRKƏZİ GÖMRÜK HOSPİTALINDA SAĞLAM NƏSİL AKSİYASI

Paylaş

Mərkəzi Gömrük Hospitalında uşaqlar üçün “Sağlam Nəsil” aksiyası keçirilib
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Mərkəzi Gömrük Hospitalında “Sağlam Nəsil” aksiyası keçirilib .

Aksiyadada yaşı 16-ya qədər olan uşaqlar üçün bütün ambulator tibbi xidmətlərə 50% endirim tətbiq edilib.
Mərkəzi Gömrük Hospitalın Pediatriya şöbəsinin btün pediatrları aksiyada iştirak ediblər.

Səhər saatlarından başlayaraq gün ərzində Hospitala müraciət edən hər bir uşağa simvolik olaraq şar hədiyyə edilib. Bu da uşaqlar arasında böyük sevincə səbəb olur.


Mərkəzi Gömrük Hospitalına aksiyada iştirak etmək üçün müaraciət edən valideynlər keçirilən aksiyanı yüksək qiymətləndiriblər. Bütün balaca pasiyentlər yüksəkixtisaslı həkimlər tərəfindən yoxlanılıb və müvafiq müayinələr yazılıb.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı 7/24 rejimində çalışır və “Sağlam Nəsil” endirimli aksiya gecə saat 12.00-a kimi kimi davam edib.


Paylaş
Close