TİBBİ XİDMƏTDƏ GƏNCLƏRƏ 50% ENDİRİM

Paylaş

Azərbaycan gəncləri Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimdən istifadə edəcəklər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının gənc üzvləri Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərdən 50%-dək endirimlə istifadə edə biləcəklər. Bununla bağlı, 2019-cu ilin dekabr ayında Mərkəzi Gömrük Hospitalı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb.


Müqaviləyə əsasən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Azərbaycan Tələbə Kartı”na sahib olan üzvlərinə Mərkəzi Gömrük Hospitalında ambulator xidmətlərə 50% endirim və stasionar xidmətlərə 30% endirim tətbiq olunub. Hazırda, ATGTİ-nin 50 min gənc üzvü bu karta sahibdir.


Qeyd edək ki, 2009-cu ildə təsis edilmiş Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycanın 101 ali və orta ixtisas təhsili müəssisəsinin Tələbə Gənclər Təşkilatlarını özündə birləşdirir. 82 300 üzvü olan ATGTİ-nin məqsədi gənclərin təhsilinin inkişafına kömək göstərmək, maraqlarını müdafiə etmək və onların respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında fəal iştirakını təmin etməkdir.


Paylaş
Close