TİBBİ MASKALAR HAVAYI PAYLANACAQ

Paylaş

Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD – 19)  infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Ölkədə koronavirus yayılarsa tibbi maskalar əhaliyə ödənişsiz verilməlidir. Bu, ölkədə epidemiyanın daha az yayılmasına səbəb olacaq. Amma insanlar unutmamalıdırlar ki, maskanın qoruyuculuğu çox aşağıdır. “Maskalar havayı paylanacaq” başlığı ilə paylaşdığımız xəbərdə sadəcə diqqəti buna çəkmək istəyirik ki, əhali qoruyuculuğu çox az olan maskalara meyillənərək işbazların dəyirmanına su tökməsinlər. Çox vacib məqamdır. Xəbəri paylaşın ki, ölkə gündəminə otursun.



Paylaş
Close