SAYRIŞAN İŞIQLAR VƏ ZAUR TAHİRSOY

Paylaş

Bu gün bu addımı atmaq peşəkarlıqla yanaşı cəsarət tələb edirdi. Çünki izləyicinin yerli film barədə ümidləri tükənib.

Buna baxmayaraq ətrafımda olan sadiq və işinin peşəkarı olan dostlarla birlikdə Sayrışan İşıqlar bədii internet serialını ərsəyə gətirdik.

Ssenari yazılan zaman müasir izləyici psixologiyasını əsas götürdük. Xüsusilə yutub izləyici psixologiyasını araşdıraraq ona uyğun ssenarini yazdıq. Filmin hislərə toxunacağını bilirdim amma qala gecəsində zalda demək olar ki, hər kəsin ağlaması bir daha məni əmin etdi.

Düşünürəm ki, film psixologiyanın predmetidir. Və bacardığım qədər filmə psixologiyanı tətbiq edirəm.

Məqsədimiz sadəcə film çəkib internetə yüklənməyin fərqindədir. Biz Azərbaycan film sektorunda yeni cığır, yeni yol yaratmaq istəyirik. Əlbəttə ki, bunun Azərbaycan kino sahəsinə böyük qatqısı olacaq.

Hazırda paralel olaraq komediya və detektiv janrında internet serialı üzərində çalışırıq. Bununla yanaşı sırf yeniyetmələrə xitab edəcək layihənin də ilkin addımlarını atmışıq. 2020 Azərbaycan filmi üçün dirçəliş ili olacağına əminəm.


Paylaş
Close