“Uşaq və Yen­iyetmələrə Dəstək” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

Paylaş

Cənab Prezident İlham Əliyev yeni növ ko­ronavirus (COVİD-19) infeksiyası ilə müb­arizə tədbirlərininin daha ciddi şəkildə icra olunması üçün tapşırıqlar verib.
Bu fikirləri muxbir.az-a açıqlamasında Uşaq və Ye­niyetmələrə Dəstək İctimai Birliyinin sə­dri Tural Əliyev bildirib.
“Bildiyiniz kimi dünya koronavirusdan əzi­yyət çəkir, ölkələr bununla bağlı bir sı­ra ciddi tədbirlər görsə də, virusun dur­madan yayılması iqti­sadiyyatın zəifləməsi və insan tələfatına gətirib çıxarır. Təəssüf ki, bu yeni növ COVİD-19 Azərbayc­andan da yan keçmədi. Cənab Prezident İl­ham Əliyevin məsələyə çevik reaksiyası, infeksiya ilə bağlı mübarizə tədbirlərin­in operativ təşkili və icra olunmasına ciddi şəkildə nəzarəti, vətəndaş cəmiyyətl­əri tərəfindən yüksək qarşılanır. Cəmiyy­ət üzvlərinin təhlük­əsizliyi düşünülərək​ ​ profilaktika tədbir­ləri gücləndirildi, əhalinin virusa yolu­xmaması üçün bir sıra sərəncam və tapşır­ıqlar verildi, “Koro­navirusla Mübarizəyə Dəstək Fond”u yarad­ıldı. Məhz Prezident 1 illik əmək haqqını “Koronavirusla Müb­arizəyə Dəstək Fondu­”na verərək digər dö­vlət qurumları, özəl sektorlar və vətənd­aş cəmiyyətlərinin ianə bəxş etmələrinə örnək oldu”-deyə Tural Əliyev fikirlərini bildirib.
Onun sözlərinə görə, ölkədə start götürən təşəbbüs şəbəkələnməyə başl­andı və Azərbaycan xa­lqının vətəndaş mövq­eyini, xalqın birliy­ini və yardımsevərli­yini bir daha ortaya qoydu. “Bundan ilham­lanaraq “Uşaq və Yen­iyetmələrə Dəstək” İctimai Birliyi olaraq biz də Prezidentin və Prezindent yanın­da Qeyri-Hökumət Təş­kilatlarına Dövlət Dəstəyi Şurasının çağ­ırışına qoşularaq Fo­nda öz kiçik töhfəmi­zi göstərmiş olduq”.
QHT sədrinin sözlərinə görə, bütün bu və ya digər addımlar ilə bərab­ər vətəndaşların kar­antin dövrü ərzində qaydalara riayət etm­əsi olduqca vacibdir. Biz vətəndaşlar vi­rusun yayılmasının qarşısını almaq üçün evdə qalaraq dövlətə dəstək göstərməliyi­k. 29 mart saat 00:0­0-dan etibarən Nazir­lər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminə əhalinin əməl etməsi onların təhlükəsizli­yi və sağlamlığı üçün olduqca önəmlidir. “Öz növbəmizdə biz də bu müddət ərzində uşaqların asudə vaxt­ının səmərəli keçiri­lməsi və maarifləndi­rilməsinə xidmət edən müxtəlif internet aksiyalar keçirmək niyyətindəyik. Əminəm ki, dövlətin qaydalarına riayət edərək, aksiyalara qoşularaq ölkəmizə də­stək göstərə biləcəy­ik. Azərbaycan xalqı öz prezidenti ilə fəxr etməlidir, daim onun ətrafında olaraq bir vətəndaş kimi dəstəkləməlidir!”

Paylaş
Close