ÇİNDƏN GƏLƏN XƏSTƏLİK -KORONAVİRUS 2019-nCoV NƏDİR?

Paylaş


Koronavirus çoxdan bəlli olan virusdur. Hal hazırda Çinin 11 milyon əhalisi olan Vuhan şəhərində bu virusun yeni 2019-nCoV növünün törətdiyi kəskin respirator xəstəlik yayılmaqdadır. Virus şəhərin heyvan bazarından yayılmağa başlayıb. İnsandan insana keçir (məsələn quş qripi ancaq quşdan insana keçirdi).

Yeni koronavirusa qarşı insanların spesifik immuniteti yoxdur, virus çox kontagioz və virulentdir. Virusun spesifik diaqnostika üsulu hələ ki yoxdur bildiyim qədər. Lakin, virusun genomu tam deşifrə edilib və üzərində işlənilir. Spesifik vaksin yoxdur. Spesifik müalicə vasitəsi yoxdur. Xəstəliyin kliniki manifestasiyası digər kəskin respirator xəstəliklərdən heçnə ilə fərqlənmir. Ola bilər ki, gedişatı daha ağır olsun. Məsələ bundadır ki, son bir ildə ölkəmizdə qrip infeksiyasına bağlı pnevmoniya və ARDS ilə reanimasiyalara daxil olmuş xəstələr barədə eşidirik. İki xəstə bizim mərkəzdə olub, onlarda törədicinin qrip virusu olduğu laborator təsdiqlənib.


Koronavirus infeksiyası ölkəmizdə hələ ki, heçkimdə şübhələnilməyib, amma nəzərə alsaq ki, Çin ilə ticari əlaqələr böyükdü, virusun da import olunma ehtimal yüksəkdir.


Qorunma üsulları qeyri spesifikdir: üz maskası, əl gigiyenası, çox izdihamlı yerlərdə imkan daxilində az olma, immuniteti zəiflədən amillərdən (siqaret, spirtli içki, çox kalorili qidalanma və s) uzaq olma, sağlam qidalanma, bədən tərbiyəsi və bildiyiniz digərləri.

Dr. Qulam Rüstəmzadə


Paylaş
Close