Diqqət! Koronavirus adı ilə ev soyğunu

Paylaş

WHATSAPP -da yayılan səs yazısına əsasən koronavirus adından istifadə edərək Sumqayıt şəhərində soyğunçular evlərə girir. Belə ki, yayılan səs yazısında qeyd edilir ki, kamuflə olunmuş şəxslər qapını döyüb koronavirus üçün profilaktik tədbir görmək istədiklərini ev yiyəsinə bildirirlər. Qapı açıldıqdan sonra dizinfeksiya məhlulu yerinə yuxu gətirən qaz istifadə edib evdəkiləri yatırdırlar. Daha sonra soyğun edib qaçırlar.

Votsapda yayılan səs yazısının nə qədər real olduğu hələki məlum deyil. Rəsmi qurumlar tərəfindən araşdırılır.



Paylaş
Close