HÖRMƏTLİ MİN”LİKE” VƏKİLLƏRİ DİQQƏTLİ OLUN!

Paylaş

Namizədliyi irəli sürüb millətdən səs vermələrini istəməyi feyzbukda şəkil paylaşıb “like” yığmaqla qarışdırmayın!
“Millətin vəkili” adını qazanmaq üçün bir neçə xüsusiyyətə malik olmaq lazımdır. Əks halda insan özünü gülünc duruma düşürə bilər.

Onlardan ilki, namizəd olan şəxs eyni ərazi və ya regionda öncədən millətin faydasına olan işlər görməli və həmin ərazidə öndə gedən olmaqla yanaşı həmin insanlar tərəfdən sevilmləlidir.

İkincisi, dövlətçilik ənənəsini bilməli və ona yiyələnməlidir. Yəni bu gün “çayxanadan” çıxıb sabah milli məclisdə oturmaq və ya milləti təmsil etmək xəyalına qapılmaq doğru olmamaqla yanaşı sadəlövhlükdür.

Üçüncüsü, ziyalı olmaqla yanaşı sahib olduğu peşənin ən öndə gedən nümayəndəsi olmaları məncə şərtdir. Millətin vəkili danışığında, davranışında nümunəvi şəxs olmalıdır.

Bu sıralamanı əlbəttə ki, artırmaq mümkündür. Misal şərqin önəmli dəyəri olan ailə məktəbinə biganə və yad olan birinin milli məclisdə nə işi var?!

Millət vəkilini elə millət seçməlidir. Türklər demiş “özü-özünə gəlin güvəy” olmamalıdırlar. Bununla sadəcə gülüş və əyləncə obyektinə çevrilərlər nəinki deputata!

Hörmətli Mil”like” vəkilləri diqqətli olun! Millət vəkili müqəddəs rütbədir. Onu ucuzlaşdırmaq cəmiyyətin zərərinə olar.

Yuxarıda sadalanan xüsusiyyətlərə malik olmadan deputatlığa namizədliyini irəli sürən vətəndaşlara tövsiyəm seçkilərdən sonra psixoloq və ya psixiatra görünsünlər. Çünki həmin şəxslərin ya ciddi psixoloji travmaları var və ya sadəcə səfehdirlər.

Zaur Tahirsoy Sosial psixoloq, kinorejissor


Paylaş
Close