Heydər Əliyev və liderlik analizi – Zaur Tahirsoy yazır.

Paylaş


Örnək seçmək, yamsılamaq, tabe olmaq kütlə psixologiyasının əsasını təşkil edir. Ümumiyyətlə insanlarda xilaskar axtarışı instinktivdir. Bir növ kor biri görən birinə möhtacdır. Xaotik yaşamdan qorxan insan psixologiyası hər zaman lider axtarışındadır.

Liderlik genetik və sonradan qazanılan olur.
Xüsusiyyətlərinə görə isə dəyişən və sabit xüsusiyyətlər olmaqla iki hissəyə bölünür.

Dəyişən liderlik zaman və məkandan asılıdır. Dövlət başçısı da ailə başçısı da potensial liderdir. Xüsusiyyətlərinə sahib olmadan lider kürsüsü əhəmiyyətsiz və qısa müddətli olur.

Sabit liderlik isə yarandığı gündən etibarən var olan və dəyişməyən xüsusiyyətləri daşıyır. Bunun əsasını sədaqət, dəqiqlik, məntiqə söykənən sürətli analiz qabiliyyəti olmaqla yanaşı uzaqgərinlik təşkil edir. Lider nə qədər çox uzaqgörənliyə sahibdirsə bir o qədər də güclüdür və öndədir deməkdir.

Heydər Əliyev genetik liderlik xüsusiyyətinə malik olsa da özünü inkişaf etdirərək sonradan qazanılmış liderliyə də tam hakim olmuşdur. Heydər Əliyev liderliyin ətə qana gəlmiş halıdır desək yanılmarıq. Həyatına nəzər saldıqda böyük bir məktəb qoyub getdiyinin şahidi oluruq.

Azərbaycan, Heydər Əliyevin liderlik potensialı üçün çox kiçikdir. Hələ Sovetlər ittifaqında ən başa gəlməsi bunun bariz nümunəsidir. Çünki bir müsəlmanın bu posta gəlməsi o dövr üçün qeyri mümkün idi.

Deyərdim ki, zamanında Heydər Əliyev potensialından səmərəli istifadə edilməyib. Və yaxud ona uyğun kadr olmayıb. Onun həyatından müşahidə etdiyim liderlik xüsusiyyətlərini qeyd etmək istəyirəm.

1. Məqsədinə çatmaq yolunda istifadə etdiyi pillələri heç vaxt qırmayıb.
2. Mükafatı də cəzası kimi yerində olub.
3. Iti məntiq və sürətli analiz qabiliyyətinə malikdir.
4. Ağır qərarlar qəbul edə bilirdi.
5. Heç kəslə paylaşmadığı fikirləri var.
6. Çox düşünüb az danışıb.
7. Müasir Azərbaycan Heydər Əliyevin uzaqgörənliyinin məhsuludur.

Daha çox qeyd etmək olar amma əsasları ilə kifayətlənirəm. Onu da qeyd edim ki, liderlik xüsusiyyətlərini özündə daşıyan insanın sədaqətli tərəfdarları olduğu qədər şiddətli düşmənləri olur. Çünki liderlər yox deməyi bacarır.

Sosial psixoloq, kinorejissor Zaur Tahirsoy


Paylaş
Close