BÖYRƏK TRANSPLANTASİYASI TƏKCƏ HƏYAT XİLAS ETMİR…

Paylaş

Böyrək transplantasiyası təkcə həyat xilas etmir həm də həyatı yenidən dəyərləndirib daha fəal olmağa təşviq edir. Çünki ölümlə üz-üzə olan insan sağlamlığın və həyatın qiymətini daha yaxşı bilir.

Qeyd edək ki, 2018-ci ilin sonunda, Dr. Mircəlal Kazımi və komandası tərəfindən böyrək transplantasiyası olan Xəyal Məmmədxanlı 2020 millət vəkili seçkilərində iştirak edir.

Böyrək transplantasiyası və ümumiyyətlə orqan transplantasiyası həyat xilas edici əməliyyatdır. Artıq 10 ildir ki, Azərbaycanda ilk qaraciyər köçürülməsi əməliyyatı icra edən komanda bu günlərdə 800 dən çox canlıdan canlıya orqan (böyrək və qaraciyər) köçürüb.

Mərkəzi Gömrük Hospitalının kollektivi cənab Xəyal Məmmədxanlını Azərbaycan Respublikası Milli Məclisinə VI çağırış seçkilərdə iştirak etməsi münasibəti ilə təbrik edir və ona müvəffəqiyyətlər arzu edir! Çox sevinirik ki, təqribən 1 il əvvəl xəstəxanamızda böyrək transplantasiyası olmuş xəstəmiz sağlam həyatına qovuşaraq, özündə əminlik hissi ilə ölkəmizin siyasi-ictimai həyatına fəal şəkildə qatılıb. Xəyal müəllimi bir daha təbrik edirik!


Paylaş
Close