20 YANVAR – DƏNİZDƏ APARILAN MÜBARİZƏ

Paylaş

20 Yanvarda quruda baş verənləri hər kəs azdan-çoxdan bilir. Lakin həmin gün dənizdə gedən mübarizədən bir çoxları xəbərsizdir.
Qanlı hadisə baş verdikdə, həmin an işdə dənizdə olanlar qaçmaq yerinə xəbərləşib iş birliyi qurublar. 7 gəmi kapitanımız birləşərək “Sabit Orucov” adlı sərnişin gəmisini qərargah ediblər və “Kapitanlar şurası” qurublar. Bir mətn hazırlanır və SOS siqnalı ilə bütün dünyaya burda bir qırğın baş verdiyi çatdırılır. Beləliklə qısa zamanda artıq bütün dünya hər şeyi öyrənir. Ümumilikdə 120 gəmiyə yaxın gəmimiz SSRİ donanması qarşısında dayanır və “Şəhidlərin meyitlərini bizim cəsədimizin üzərindən keçərək dənizə ata bilərsiniz” ultimatumunu verir və Şəhidlərimizin cəsədlərinin dəniz tökülməsinin qarşısını alır. Gülləbaran edilən gəmilərimiz olur. Hətta 3600 güllə dəyən bir gəmimizdə olur. Başqa bir ölkədə olsa. Bu gəmi üçün ayrıca bir muzey yaradılıb hər il turistlər üçün şərəf ziyarətgahı elan edilər ancaq bizimkilər çox güman aparıb metalloma veriblər. Eybi yoxdur bunları bilmək və unutmamaq belə bəs edər. Həmin 7 kapitana bugün çox şey borcluyuq.

Mövlüd Əliyev
Müzəffər Əliyev
Murad Əliyev
Kərəm Məmmədov
Kişi Mütəllimov
Ağalar İbrahimov
İbrahim Salayev


Paylaş
Close